Doğru Ehtiyat Hissəsi, Doğru Zaman Həlli necə mümkündür?

İstehsal sürəti və məhsuldarlığınızın ən böyük təhlükəsi gözlənilməz aqrotexnika nasazlıqları və uzun müddət davam edən təmir işləridir. “Doğru ehtiyat hissəsinə, doğru zamanda çatmaq” isə bu təhlükənin qarşısını almaq üçün tək həlldir. Biz doğru hissə və zamanı müəyyən edəbilmək üçün sizləri ərazidə ziyarət edir və qarşılıqlı fikir mübadiləsindən sonra buna qərar veririk.

Sahə Ziyarətimizdəki Əsas Məqsəd

  1. Birbaşa Ehtiyac Təhlili: Hər bir müəssisənin özəl ehtiyaclarını və problemlərini yerində müşahidə etmək və qeyd etmək.

  2. Proaktiv Planlama: Traktor, kombayn, əkinçilik və suvarma avadanlıqları kimi aqrotexnikanızın ehtiyat hissə ehtiyaclarını proqnozlaşdıraraq, təcili vəziyyətlər üçün hazırlıqlı olmaq.

  3. Strategiji Təchizat Zənciri: Orijinal ehtiyat hissələrin vaxtında, doğru keyfiyyətdə və səmərəli qiymətə çatdırılması üçün sizə xüsusi bir təchizat planı təqdim etmək.

Problem və Bizim Həll Yolumuz

Problem: Ölkədəki aqrotexnika satıcıları və servislərdə hər bir aqrotexnika modeli üçün bütün ehtiyat hissələri anbarda saxlanılmır. Sayısız hissədən ibarət olan aqrotexnikaların hər bir detalını anbarda tutmaq hardasa imkansızdır. Təsərrüfat üçün lazım olan texnika sıradan çıxanda sifariş verildiyi üçün tədarük prosesi uzun çəkir, istehsal dayanır, canlı itkisi yaxud xəstələnməsinə, itkilərə səbəb olur.

Bizim Həllimiz: Part Agro, ehtiyacınız olan orijinal hissəni, kataloq nömrəsi ilə birbaşa istehsalçıdan təmin edir. Biz anbar məntiqindən çox, “birbaşa çatdırılma” sürəti ilə işləyirik.

Problem: Mürəkkəb aqrotexnika qurğuları üçün texniki dəstək və təhlil çətinlik təşkil edir.
Bizim Həllimiz: Mütəxəssis mühəndislərimiz texnika vəziyyətini yerində təhlil edir, proqnozlaşdırılmış texniki xidmət və “kritik hissə siyahısı” tərtib edir. Beləliklə, sahədə çətinliklə üzləşmiş olsanız belə ən qısa zamanda peşəkar xidmət göstərərək aradan qaldırılmasını təmin edir.

Çünki Biz Texnikaya İstehsalından Bələdik

Part Agro, hissə təchizatı ilə məşğul olmaqla yanaşı, sahədəki çətinlikləri bilən, kənd təsərrüfatının çətinliklərini anlayan bir komandayıq. Təklif etdiyimiz:

  • Sürət: Ehtiyacınız olan hissə üçün ən qısa çatdırılma müddəti.

  • Orijinallıq: Birbaşa istehsalçı zənciri ilə %100 orijinal hissə zəmanəti.

  • Proaktiv Yanaşma: Aqroteknika dayanmamış onun texniki profilaktikası və ehtiyat hissə planlaması.

  • Texniki Tərəfdaşlıq: Sahədəki mühəndis komandamızın peşəkar dəstəyi.

Part Agro – Orijinal Ehtiyat Hissə, Sürətli Təminat.

“Türkiyədəki mərkəzimiz və dünyanın aparıcı istehsalçıları ilə birbaşa əlaqələrimizlə, Azərbaycanlı müştərilərimizə ehtiyat hissəsi ilə bağlı ehtiyacları, gözlənti və çətinlikləri yerində öyrənmək üçün ziyarət edirik. Sektor təcrübəmiz və etibarımızla “Aqrotexnikanız Dayanmasın” deyə çalışırıq.”